Bakıda iki müəllimin koronavirusdan öldüyü təsdiqləndi

Bakıda iki müəllimin koronavirusdan öldüyü təsdiqləndi

Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin iki müəllimi koronavirusdan vəfat edib.

Xeyli müddətdir xəstəxanada müalicə alan məktəbin riyaziyyat müəllimi  İradə Tağıyeva aprelin 10-da dünyasını dəyişib. Digər bir müəllim, ingilis dili fənnini tədris edən Lalə Kərimova isə ötən gün vəfat edib.

Lalə Kərimova xəstəxanadan yayılan son videogörüntüsündə "uşaqları qoruyun” kəlməsini işlədib.

Sosial şəbəkələrdə yayılan xəbərləri Modern.az-a Bakı Şəhər Təhsil İdarəsi də təsdiqləyib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR