Ölkə 19:17 05.11.2017

Bakıda internat məktəbində yanğın olub

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda 1 saylı internat məktəbin tikilməkdə olan korpusunda otağın yanar konstruksiyaları 24 m² sahədə və içərisində olan yataq dəsti yanıb.
 
"Qaynarinfo" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
Qaynarinfo.Az