Bakıda keçirilən D-8 Media Forumunda Birgə Bəyannamə qəbul edilib.
Qaynarinfo xəbər verir ki, Bəyanatda deyilir:
"Biz – Azərbaycan Respublikasının, Banqladeş Xalq Respublikasının, Misir Ərəb Respublikasının, İndoneziya Respublikasının, İran İslam Respublikasının, Malayziyanın, Nigeriya Federativ Respublikasının, Pakistan İslam Respublikasının və Türkiyə Respublikasının hökumət və media nümayəndələri, İqtisadi Əməkdaşlıq üzrə İnkişafda Olan-8 Təşkilatının (D-8) üzvləri – 21 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində "Dialoqun, Əməkdaşlığın və Regional Birliyin Gücləndirilməsi” mövzusu altında keçirilən Birinci D-8 Media Forumu üçün toplaşdıq.
Biz Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə D-8-in gücləndirilməsinə və onu daha dinamik və nüfuzlu iqtisadi blok kimi inkişaf etdirməyə yönəlmiş liderliyinə və dəyərli töhfələrinə görə dərin minnətdarlığımızı bildiririk.
Biz həmçinin bütün D-8 üzv dövlətlərini, xüsusilə onların informasiya nazirliklərini, milli media qurumlarını və media agentliklərini Foruma verdikləri fəal və dəyərli töhfələrə görə yüksək qiymətləndiririk".
10.38
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu başlayıb.
"Report"un məlumatına görə, tədbir Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil olunub.
Forum D-8-ə üzv ölkələrin məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərini, digər yüksək vəzifəli nümayəndələri və sahə üzrə tanınmış ekspertləri bir araya gətirib.
Tədbir çərçivəsində regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində həmçinin "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" və "Strateji kommunikasiya və böhranın idarə olunması" mövzularında iki panel sessiyanın, eyni zamanda, "Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər" mövzusunda vörkşopun təşkili planlaşdırılır.
Xatırladaq ki, forumda 8 ölkədən və təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla ümumilikdə 150-yə yaxın qonaq iştirak edir.
Şərhlər