Ölkə 17:06 20.09.2020

Bakıda koronavirusun ən çox yayıldığı rayon (SİYAHI)

Azərbaycanda COVID-19 virusuna yoluxanların 55,9 faizi Bakıdadır.  

Qaynarinfo koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma isə 14,2 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,2 %-lə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 faizlə Qaradağ, 7,1 faizlə Nizami, 5,1 faizlə Xəzər, 4,6 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.