Xəbər lenti

Bakıda küçə teatrına icazə veriləcəkmi? - ADO cavab gözləyir
Sənət 20:20 07.12.2017

Bakıda küçə teatrına icazə veriləcəkmi? - ADO cavab gözləyir

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov ADO teatrı ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin (BŞMTBİ) rəsi Vüqar Zeynalova rəsmi müraciət edib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, eyni zamanda ADO-ya göndərilən rəsmi məktubun surətində qeyd olunur: "ADO teatrının rəhbəri cənab Elmin Bədəlov 16 dekabr 2017-ci il tarixdə Şəhər Mərkəzi Parkında ("Qış parkı”) "Qadın səsi” adlı tədbirin keçirilməsini razılaşdırmaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciət aidiyyəti üzrə sizə göndərilir, baxıldıqdan sonra müraciət müəllifinə məlumat verilməsini xahiş edirik”.

Qeyd edək ki, ADO teatrı bir müddət bundan öncə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə küçə performansları göstərmək üçün müraciət etmişdi. Meriya cavabında bu işə nazirliyin baxdığını, nazirlik isə bu məsələyə meriyanın cavabdeh olduğunu bildirmişdi. ADO isə həmin cavablara ikinci müraciətini əlavə edərək adıçəkilən qurumlara təkrar göndərmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->