Bakıda mənzillərin qiyməti ucuzlaşdı (FOTO)

Bakıda mənzillərin qiyməti ucuzlaşdı (FOTO)

"Bildiyiniz kimi, yeni tədris ilində əyani təhsilə keçidlə əlaqədar kirayə mənzillərə tələbat artıb".

Bunu Qaynarinfo-ya əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov deyib.

Onun sözlərinə görə, əgər bu tendensiya davam edərsə mənzillərin qiyməti daha da ucuzlaşa bilər:

"Hazırda Bakı şəhərində əmlak bazarında mənzillərin qiymətində cüzi azalma müşahidə olunur. Bu da, əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı olması ilə əlaqədardır. Belə ki, məsələn 3 ay əvvəl Yasamal rayonu üzrə yeni tikili binalarda mənzilin 1 kvadratmetri 1200-1500 manat arasında dəyişirdisə, hazırda bu rəqəmlər 1100-1450 manat arasında dəyişir. Bu tendesiya fərdi yaşayış evlərində də müşahidə olunur. Lakin bunlara baxmayaraq, kirayə mənzil bazarında qiymət artımı vardır. Bildiyiniz kimi, yeni tədris ilində əyani təhsilə keçidlə əlaqədar kirayə mənzillərə tələbat artıb. Hazırda kirayə mənzil bazarında tələb, təklifi üstələyir. Qış fəsilinin yaxınlaşması da əmlak bazarında qiymətlərin dəyişməsinə təsir edən amillərdən biridir".

Xəyal Abdullayev
XƏBƏRLƏR
BLOGLAR
X