Xəbər lenti

Bakıda məşhur mağazalar şəbəkəsi cərimələndi
Ekonomiks 11:32 07.02.2020

Bakıda məşhur mağazalar şəbəkəsi cərimələndi

"MZ Group Azerbaijan” MMC valyuta tənzimi qaydalarını pozduğuna görə inzibati qaydada cərimə edilib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 7097 ABŞ dolları cərimə edilib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından şirkət tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, 1997-ci ildən etibarən fəaliyyət göstərən "MZ Group Azerbaijan” firması Azərbaycanda mağazaçılıq sahəsində fəaliyyət göstərir. "Uspolo Assn”, "Cacharel”, "Hummel”, "Monica Ricci”, "Bytshoes”, "New Balance” kimi dünya geyim markalarını birləşdirərək Azərbaycanda satışı ilə məşğuldur.

Eyni zamanda ”BYT shoes” markasının və mağazalar şəbəkəsinin də sahibidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->