Ölkə 22:36 03.02.2022

Bakıda şiddətli külək gözlənilir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin sürətinin 15-20 m/san olacağı gözlənilir.

Milli Hidrometerologiya Xidmətinidən Qaynarinfo-ya verilən xəbərə görə, gündüz bəzi yerlərdə küləyin sürətinin arabir 23-28 m/san-dək artacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit olacaq.

Sabah axşam qərb rayonlarından başlayaraq fevralın 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/san, ayrı-ayrı yerlərdə isə 23-28 m/san-dək güclənəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.