Xəbər lenti

Bakıda silah satmaq istədi, ələ keçdi (VİDEO)
Video 22:12 28.01.2018

Bakıda silah satmaq istədi, ələ keçdi (VİDEO)

Paytaxda və Cəlilabadda odlu silahla gəzən şəxslər tutulub. Bakıda ağsaqqal kişi silahı satmaq məqsədi ilə saxladığını deyib. 

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, Cəlilabadın Mikayıllı kənd sakini Ruslan Məmmədov isə yaşadığı kənddən rayon istiqamətinə gələrkən gödəkçəsinin altında bir ədəd "kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb.

Hadisə paytaxtın Sabunçu rayonunda olub. 15-ci polis bölməsinə məlumat daxil olub ki, rayon ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Cənnət Məcidovda odlu silah var.

Dərhal əməliyyata başlayan polis adıçəkilən şəxsin mənzilinə baxış keçirib. Həmin vaxt ağsaqqal kişinin mənzilindən "RPK 74" markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. Dindirmə zamanı Cənnət Məcidov həmin odlu silahı satmAq məqsədi ilə saxladığını deyib.

Polis onun həmin silahla hər hansı bir cinayət törədib törətmməsin araşdırır.

Cəlilabad rayon polis şöbəsinin əməkdaşları da qanunsuz silah gəzdirən şəxsi tutub. Rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədov yaşadığı kənddən Cəlilabad rayonu istiqamətinə gələrkən şübhəli davranışları polislərin diqqətini cəlb edib.

Onun üzərinə baxış keçirilərkən gödəkçəsinin altında bir ədəd "kalaşnikov" markalı avtomat, 25 ədəd patron və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->