Neft bugünki qiymətləri fonunda pensiya və maaşlarda artım görmək mümkündür.
Bu sözləri "Xəbər Ertəsi"nə açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
O bildirib ki, həm ünvanlı sosial yardım, həm də əmək pensiyaları ilə neft qiymətləri arasında bağlılıq zəifdir. Ancaq "qara qızıl"ın qiyməti uzunmüddətli dövrdə yuxarı həddə qalarsa, hökumət sosial islahat paketlərinə yenidən baxa bilər.
Millət vəkili Rüfət Quliyev də deyir ki, pensiya və maaşların artması təkcə neftlə əlaqəli deyil. Lakin "qara qızıl"ın bahalaşmasının da öz üstünlükləri var.
Millət vəkili həmçinin bildirib ki, dövlətin maliyyə imkanlarının artması sosial məsələlərin həllinə də şərait yaradır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər