XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ukraynaya oxumağa getdi, evinə tabutda qayıtdı (VİDEO)
Ölkə12:15 28.09.2026

Ukraynaya oxumağa getdi, evinə tabutda qayıtdı (VİDEO)

Ukraynaya gəmi kapitanı olmaq üçün təhsil almağa gedən azərbaycanlı tələbə Əli Mehdiyev Rusiya dronunun hücumu nəticəsində həyatını itirib.

Qaynarinfo “İTV”yə istinadən xəbər verir ki, avqustun 31-də Ukraynanın Odessa şəhərinə edilən dron hücumu nəticəsində 19 yaşlı Əli ağır yanıq xəsarətləri alıb və 6 gün ölüm-dirim savaşı verib.

Babası Şahəddin Əliyev Əlinin onun böyük nəvəsi olduğunu qeyd edib: “Onu hamısından çox istəyirdim. Arzuları ürəyində qaldı. Anasına deyirdi ki, işləyib-qazanacaq və zəhməthaqqından kasıb-kusuba da verəcək”.

Atası Vüqar Əliyev isə Əlinin onlayn təhsil aldığını bildirib: “Amma təsdiqlənməsi üçün 190 gün Ukraynada qalmalı idi. Biz Əlini ona görə göndərdik. Həmin vaxt ara sakit idi”.

Anası İradə Mehdiyeva isə Əlini qərarından döndərməyə çalışsa da, buna müvəffəq ola bilmədiyini vurğulayıb: “Ona neçə dəfə təklif etdim ki, bəlkə başqa sənət seçəsən. Dedi ki, yox, gələcəyin kapitanı olmaq istəyir”.

Həmin gün çox narahat idim. İşdə qızlar da deyirdi ki, sənə nə olub. Dedim, özümü çox pis hiss edirəm, sanki içimdə ağır bir hiss var. Atası zəng edəndə, hiss etdim ki, nəsə olub. Qrup yoldaşı xəstəxanaya Əlinin yanına gedəndə, son dəfə onun səsini onda eşitdim. Ağladı, dedi ki, ana, mən yandım”.

Vəziyyəti ağırlaşan Əli Mehdiyevi Lvovdakı xəstəxanaya köçürsələr də, artıq gec olub. Drondakı zəhərli qazlar onun ciyərini və qanını zəhərləyib.

Əli Mehdiyev sentyabrın 7-də saat 00:01-də vəfat edib.

Ətraflı videomaterialda: