XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İmişli Şəkər Zavodunda yanğın oldu
Ölkə00:17 28.09.2026

İmişli Şəkər Zavodunda yanğın oldu

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

TƏBİB-dən bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. (Report.az)