XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Millimiz Litva ilə heç-heçə etdi (VİDEO)
İdman19:28 27.09.2026

Millimiz Litva ilə heç-heçə etdi (VİDEO)

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.
Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.

Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.