XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyə MN-dən Anım Günü ilə bağlı paylaşım...
Dünya22:22 27.09.2026

Türkiyə MN-dən Anım Günü ilə bağlı paylaşım...

Türkiyənin Milli Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Qaynarinfo xəbər verir ki, qardaş ölkənin nazirliyi Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.

“Qardaş ölkənin işğal olunmuş ərazilərinin azad olunması yolunda şəhid olan qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə can sağlığı və xoşbəxt həyat arzulayırıq”, - deyə paylaşımda qeyd olunur.