XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?
Ölkə09:31 28.09.2026

100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?

Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 100 ildən çox yaşı olan 10 ədəd əl ilə şəkilən rəsmlər gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan yaşı 100 ildən çox olan rəsmlərin ümumi dəyəri 5,89 min dollar təşkil edib. Beləliklə, gətirilən bir ədədin orta gömrük dəyəri 589 dollar (1 001 manat) olub.

Yaşı 100 ildən çox olan rəsmlər ən çox Türkiyədən gətirilib. Bu ölkədən Azərbaycana 5 ədəd belə məhsul idxal olunub. Türkiyədən gətirilənlərin ümumi dəyəri 2,99 min dollar, bir ədədinin orta gömrük dəyəri isə 598 dollar (1 017 manat) təşkil edib.

Böyük Britaniyadan 4 ədəd, Rusiyadan isə 1 ədəd rəsm gətirilib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycana gətirilən yaşı 100 ildən çox olan rəsmlərin ölkələr üzrə sayı və bir ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:

Türkiyə – 5 ədəd (598 dollar);
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – 4 ədəd (147,5 dollar);
Rusiya – 1 ədəd (2 320 dollar).