Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan Qaynarinfo-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.
Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41, 6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.
Şərhlər