"Sənətçi formada qalmağa məcburdur. Yuxudan duran kimi 2 saat idman edirəm. Bir gün gəzintiyə çıxıram, bir gün qaçıram, bir gün isə ağırlıq qaldırıram. Hər gün idmanla məşğul oluram. İdman həyat tərzimə çevrilib".
Bu sözləri müğənni Zamiq Hüseynov "Qonaqcanlı" verilişində deyib.
İfaçı sənət dostlarına formada qalmalı olduqlarını məsləhət gördükdə ondan incidiklərini bildirib:
"Yemək də vacibdir. Sağlam qidalanmaq lazımdır. Uzun illərdir məndə də belədir. Düşünürəm, sənətçilərin borcudur ki, səhnəyə çıxanda normal formada olsunlar. Xarici ölkələrdə görürsünüz, müğənnilər özlərinə necə fikir verirlər. Bəzən deyirəm, xətirlərinə dəyir. Zəng vururlar ki, niyə belə dedin. Cavab verirəm ki, bir az yeməyinizə diqqət edin. Çalışın efirdə qəşəng görünün. O, əvvəllər idi ki, müğənnilər ancaq kök olmalıdır". (Axşam.az)
Şərhlər