Xəbər lenti

Ölkə 13:01 11.04.2019

Bakıda yanan binada xəsarət alanların adları məlum oldu (SİYAHI)

Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Məstanov Kazım Sevindil oğlu yanğından xilas olmaq üçün özünü binanın ikinci mərtəbəsindən atıb. Hadisə nəticəsində o, döş qəfəsinin əziyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində ayağı kəsilən 1989-cu il təvəllüdlü Qasımova Şəhanə Balaqardaş qızıdır. Tüstüdən zəhərlənən 1981-ci il təvəllüdlü Hüseynov İsmayıl Sovet oğlu, 1979-cu il təvəllüdlü Həsənov Elmidar Xanoğlan oğlu, 1985-ci il təvəllüdlü Mehdiyev Baba Zahid oğluna isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->