Video 16:50 18.12.2018

Bakıda yol polisi avtomobili qəzaya uğradı (VİDEO)

Bakının Badamdar qəsəbəsində yol-patrul xidmətinin avtomobili qəzaya uğrayıb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxınlığında baş verib. 

Qəza zamanı "BMW” markalı YPX avtomobili yol kənarındakı dirəyə, daha sonra isə maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.