Oktyabrın 14-də Bakıda baş vermiş yol qəzalarında 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Qaynar.info saytına verilən məlumata görə, gün ərzində ümumilikdə 5 yol qəzası baş verib. Hadisələr nəticəsində xoşbəxtlikdən ölən olmayıb.
Yol qəzalarının əksəriyyəti sürət həddinin aşılması və manevr qaydalarına düzgün əməl edilməməsi səbəbindən baş verir.
Qaynar.info
Şərhlər