Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə FHN-ə məlumat daxil olub.
Qaynarinfo nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Şərhlər