Ekonomiks 19:35 03.05.2021

Bakıdan bu şəhərə xüsusi reyslər olacaq

"Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə – Mineralnıye Vodı - aviabilet satışına başlayır.

Qaynarinfo "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda "AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.