"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.
O bildiribki, buna səbəb ötən gün əsən güclü külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir:
"Hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur”.
O qeyd edib ki, tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.
Şərhlər