Ölkə 13:12 31.01.2019

BNA-dan avtobusun yanması ilə bağlı açıqlama (YENİLƏNİB)

Bakı Nəqliyyat Agentliyi Bakıda marşrut avtobusunun yanması ilə bağlı açıqlamaya yayıb.

Qaynarinfo agentliyə istinadən xəbər verir ki, 88 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 99JK359 DQN-lı avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb: "Tüstülənmə bu səbəbdən baş verib. Yəni hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb".

****10.55

Bakıda sərnişin avtobusu yanır.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsində "Çinar Trans" MMC-yə məxsus 88 saylı marşrut xətti üzrə hərəkət edən "Karsan Atak Karataş" markalı avtobusda yanğın başlayıb.

Avtobusdakı tüstülənməni görən sürücü nəqliyyat vasitəsini saxlayaraq sərniinlərin düşməsinə şərait yaradıb.

Hadisə vaxtı xəsarət alanın olmadığı bildirilir.