Bakının sürüşmə zonalarındakı son vəziyyət (VİDEO)
Yağan yağışlar nəticəsində Bakının bəzi sürüşmə sahələrində aktivlik yaranıb. Bəzi ərazilərdə isə qurunt sularının səthə çıxması nəticəsində subasma halları müşahidə edilir. Bayıl yamacı teleqüllə sürüşmə sahəsindəki son vəziyyətlə bağlı da məlumat var.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının apardığı son monitorinqin nəticələrinə əsasən Bakının bir sıra ərazilərində sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə edilib.
Milli Geoloji Kəşfiyyat Xidmətinin dəstə rəisi Rafiq Həsənov sözlərinə görə,son bir ay ərzində yağıntılar da bəzi ərazilərdə qurunt sularının səthə çıxmasına və subasma sahələrinin aktivləşməsinə səbəb olub.
Bayıl yamacı Teleqüllə sürüşmə sahəsində isə vəziyyət dəyişməz olaraq qalıb.Aparılan monitorinqlərin son nəticələrinə əsasən hazırda sürüşmənin dinamikasında stabillik müşahidə olunur. Ümumilikdə, ərazidə prosesin tam bitdiyini, yekunlaşdığını demək olmasa da ,geoloji proses hələ davam edir, ərazidə gərginlik var. Ancaq sürüşmənin özünün dinamikasında aktivlik qeydə alınmayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər