Xəbər lenti

Ölkə 22:15 07.09.2017

Bakının yağış hazırlığı (VİDEO)

Bakının 13 ərazisində həm avtomobil yollarında, həm də digər yerlərdə subasma hallarının qarşısı alınması üçün işlərin böyük bir hissəsi görülüb. “Azərsu” Açıq Səhimdar Cəmiyyətindən bildirilib ki, ümumilikdə bütün işlərin payız mövsümünə qədər başa çatdırılması nəzərdə tutulub.

"Qaynarinfo"ın Xəzər TV-yə istinadən məlumatına görə, Binəqədi şosesi boyunca 2,9 km kollektor inşa olunub. 

Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. İntensiv yağıntılar zamanı Ramana Südçülük Sovxozu, Əliyar Əliyev və Yusif Səfərov küçələrində subasma hallarının aradan qaldırmaq məqsədilə yeni kollektorlar inşa olunub. 

Subasma hallarının daha çox qeydə alındığı Ziya Bünyadov prospektində də işlər davam etdirilir.

13 layihənin 6-da işlər yekunlaşıb və inşası nəzərdə tutulan 17,5 km kanalizasiya kollektorlarının 13,5 km-lik hissəsi tikilib. Yasamal rayonu Dadaş Bünyadzadə, Əhməd Cəmil, Xətai rayonu Kazımağa Kərimov küçələrində, həmçinin Sabunçu rayonu Sabunçu vağzalı və Şuşa şəhərciyi ərazilərində kollektorların tikintisi işləri davam etdirilir. Bununla yanaşı, Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 kilometr kollektorun 1,6 km-lik hissəsi tikilib. Taşağıl və Böyükşor göllərində də suyun səviyyəsinin tənzimlənməsi məqsədilə nasos stansiyaları inşa olunur.

Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->