Xəbər lenti

Bakıya erməni qızlarını kim göndərir? (ŞOK FAKTLAR)
Ölkə 14:25 11.03.2018

Bakıya erməni qızlarını kim göndərir? (ŞOK FAKTLAR)

Rosanna Kapilyan. Bu ad çoxları üçün tanış olmaya bilər. Amma erməni "Asala” terror təşkilatının ən fəal üzvlərində biri olan bu qadın Azərbaycanın başına çox bəlalar gətirmişdi.

Rosanna Kapilyan kim idi?

1964-cü ildə Gəncədə doğulan Rosanna orta məktəbi o zamankı Kirovabad (indiki Gəncə) şəhərində bitirmişdi. Beynəmiləl məktəbin şagirdi olan Rosanna məktəbi bitirdikdən sonra Gəncədə yerləşən Dəmiryol xəstəxanasının doğum şöbəsinə tibb bacısı kimi işə düzəlir. Rosanna erməni terror təşkilatlarının silahla edə bilmədiyi cinayətləri törətmək üçün hazırlanmış qatil idi. 1981-ci ildə tibb texnikomunu bitirməsə də, hansı səbəbdən doğum evində tibb bacısı işləməsi müəmmalı idi. O öz cinayətlərinə elə 1981-ci ildən start verir. Doğum evində körpələrin müəmmalı ölümü heç kimi şübhələndirmir. Bu, Rosannanın işinə yarayırdı. Qatil öz qurbanlarını səssiz aradan götürürdü. Xüsusi hazırladığı iynələrlə körpələri məhv edən Rosannanın cinayətlərinin üstü 21 iyul 1985-ci ildə açılır. Doğum şöbəsində çoxsaylı körpələrin tələf olmasından sonra aparılan araşdırma zamanı bu cinayətin tibb bacısı Rosanna Kapilyan tərəfindən törədildiyi ortaya çıxır. Lakin hansı səbəblərdənsə, gənc tibb bacısı aradan çıxardılır. Doğum evində baş verən ölümləri isə azərbaycanlı tibb bacısının adına yazırlar.

1981-ci ildən işlədiyi xəstəxanada ümümilikdə 29 körpəni öldürən Rosannanın "Asala” terror təşkilatındakı kod adı "Killer” idi.

O öz əməllərindən yenə qalmır. I Qarabağ savaşı başlayanda peşəkar bir döyüşçü kimi hazırlanan Rosanna Kapilyan bu dəfə Şuşada döyüşçülərimizə tələ qurmaqla məşğul olur. Rosanna Kapilyan rəhbərlik etdiyi qızlardan ibarət snayperlər qrupu ilə Şuşa şəhərini müdafiə edən əsgər və zabitlərimizi öldürür. Onun cinayətləri bununla da bitmir.

Tarixçi Nadir Əsgərov yenidən peyda olan Rosanna Kapilyanın əməlləri haqqında yazır:

"Terrorçu erməni qadını Rosanna Kapilyanın adı 1997-ci ildə Pyatiqorskda keçirilən terror aktında çeçen terroçu qadını Teymosxanova ilə birlikdə ibtidai istintaqda keçib.

Armavir partlayışından sonra məhkəməyə göndərilən işdən isə onun adını RF Təhlükəsizlik xidməti çıxarıb. 2001-ci ildən Vayk rayonu ərazisində "Розовый платок” – "Çəhrayı dəsmal” qrupu yaradaraq Naxçıvan istiqamətində "Хатун” adlı erməni-yezidi birgə təxribat planlarının reallaşmasında fəaliyyət göstərib.

2010-cu ilin aprelindən etibarən o,”Московская группа” adlı dəstə yaradaraq "Вербовка” planı əsasında işə başlayıb. İlk olaraq qrupa 13 nəfər işsiz-gücsüz erməni qızları cəlb olunub. Daha sonra qrup böyüyüb. Təxmin edilir ki, hazırda qrupun 200-dən yuxarı qadın üzvü var. Onların əsas məqsədi RF-də təhsil alan azərbaycanlı tələbələrlə və yaxud kommersiya üçün oraya üz tutmuş cavan azərbaycanlı oğlanlarla əlaqə yaradaraq onlarla ailə qurmaq və ya sevgilisi olmaqla yenidən Azərbaycana, əsasən Bakıya keçməkdir”.

Qoşqar Salmanlı
news12.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->