Xəbər lenti

Video 15:57 22.04.2019

“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi (VİDEO)

 
Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, hadisə "BakuBus” şirkətinə məxsus sərnişin avtobusu Nərimanov rayonu ərazisində, "Gənclik” metrosu yaxınlığında, "Ganjlik Mall”ın qarşısında qeydə alınıb.

Videodan da göründüyü kimi iritutumlu sərnişin avtobusu qaydaları kobud şəkildə pozur, qəza təhlükəsi yaradır və tıxaca səbəb olaraq, qoşa xətti tapdalayaraq dönür.

Halbuki həmin ərazidə yol dardır və ərazidə avtomobillər intensiv hərəkət edir. Burada kiçik diqqətsizlik və qayda pozuntusu faciəvi qəzaya səbəb ola bilər.

Qeyd edək ki, hadisə aprelin 4-də baş verib. Sayt kobud qayda pozuntusu barədə aprelin 5-də bizə məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinə və "BakuBus” şirkətinə müraciət etdik. Hadisə barədə suallar qurum rəsmilərinə ünvanlanıb. Lakin hadisədən yalnız 17 gün keçməsindən sonra məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, qayda pozan avtobusun sürücüsü müəyyən edilib:

"Hadisə 3 nömrəli müntəzəm marşrut xətti üzrə olub. Sərnişinlərin həyatını təhlükəyə ataraq, kobud qayda pozuntusuna yol verən sürücü müəyyən edilib. Onunla bağlanan müqavilənin vaxtı may ayında bitir. Onunla yeni müqavilə isə imzalanmayacaq”.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->