Ölkə 23:17 01.09.2018

Balakəndə usta faciəvi şəkildə öldü

Balakən şəhərində elektrik cərəyanı vurması nəticəsində ölüm hadisəsi baş verib.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, rayonun 1993-cü il təvəllüdlü Tülü kənd sakini Ləman Osmanovu usta işlədiyi evdə təmir işləri aparan zaman elektrik cərəyanı vurub.

Nəticədə 25 yaşlı gənc xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.