Xəbər lenti

Ekonomiks 18:22 24.01.2018

"Bank VTB (Azərbaycan)" bağlanmamaq üçün prezidentdən vaxt istədi

"Bank VTB (Azərbaycan)" bankı bu ilin birinci rübündə kapitalını 265 milyon manat məbləğində artırmağı planlaşdırır.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bu vədi bankın prezidenti-idarə heyətinin sədri Andrey Kostin dünən Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirib.

Görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. Andrey Kostin Azərbaycan Prezidentinə bu ilin birinci rübündə VTB (Azərbaycan)-ın kapitalının 265 milyon manat məbləğində artırılması planlarından danışıb.

Qeyd edək ki, bankın ötən ilin oktyabr ayına (bankın üçüncü rübün yekunlarına) olan kapital göstəricisi 37 milyon 860 min manat olub. Bu isə bank qanunvericiliyində nəzərdə tutulan tələbdən 12 milyon 140 min manat azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->