Ekonomiks 13:56 25.09.2018

Banklar daha çox bu şəxslərə kredit verir (SƏBƏB)

"Banklar üçün çok kiçik müştəri kontingenti qalıb. Hazırda banklar bir neçə qrup şəxslərə güvənərək kredit verir və o kreditlərlə gəlir əldə edirlər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri EkoNews-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. O, bankların müştəri kateqoriyasının azalmasından da danışıb.

"Problemli kreditlərin həcmi artdığından banklar yalnız aylıq məvacibi yüksək olan şəxslərə, dövlət qulluqçularına, neft işçilərinə və pensiyaçılara kreditlərin verilməsində maraqlıdırlar. Bu da müştəri qıtlığını yaradır. Kiçik banklar yalnız kreditlərdən gələn gəlirlərlə ayaq üstə qalmağa çalışırlar ki, bu da onları risk etməməyə sövq edir”.