Video 19:30 19.01.2019

Barselonada taksi sürücüləri aksiya keçirdi: yollar bağlandı (VİDEO)

Barselonada taksi sürücüləri internet üzərindən ucuz xidmət göstərən özəl taksi şirkətlərinə qarşı etiraz aksiyası keçiriblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gün boyunca şəhərin mərkəzində aksiya keçirən sürücülər nəqliyyatın hərəkətini iflic edib və UBER və Cabify kimi özəl şirkətlərin avtomobillərinə hücum çəkiblər.

Avtomobillərin şüşələrini qıran və kapotlarını təpikləyən sürücülərə polis müdaxilə edib.

İctimai asayişi pozduğu üçün 3 taksi sürücüsü saxlanılıb.

Barselonada taksi sürücüləri özəl şirkətlərin fəaliyyətini məhdudlaşdıran qanunun Kataloniya rejimi tərəfindən qəbul edilməməsi səbəbindən etiraz ediblər.