İdman 16:00 08.07.2019

Baş məşqçi "Qarabağ"a görə tamaşaçıları məşqdən çıxardı

Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 10-da Trinada "Qarabağ"la qarşılaşacaq "Partizani"nin dünənki məşqində maraqlı hadisə baş verib.
 
Qaynarinfo xəbər verir ki, Albaniya mətbuatı komandanın baş məşqçisi Franko Lerda "Kamza" stadionundakı hazırlığın son hissəssində arenada olan azarkeşlər və mətbuat nümayəndələrinin hamısının çölə çıxarılmasını tələb edib.
 
Alban həmkarlarımız italiyalı mütəxəssisin "Qarabağ" nümayəndələrinin stadionda ola biləcəyindən və "Partizani" ilə bağlı məlumat toplayacağından ehtiyatlandığı üçün bu addımı atdığını iddia edir.

"Partizani" - "Qarabağ" oyunu iyulun 10-da "Selman Stermasi" stadionunda Bakı vaxtı ilə 19:30-da keçiriləcək.