İdman 16:14 04.12.2021

Baş məşqçisi Mahir Emrelini tənqid etdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu "Legiya" sabah Polşa Ekstraklassasının XVII turu çərçivəsində "Krakoviya" ilə səfər qarşılaşmasına yollanacaq.

Qaynarinfo xəbər verir ki, Varşava klubunun baş məşqçisi Marek Qolebiyevski oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, açıqlamasında Mahir Emrelidən də danışıb: "Gənc hücumçumuz Şimon Vlodarçikə Lyüblində şans verdik və o, bundan istifadə etdi. Onun kubok matçında qol vurmasına çox sevindim. İndi hər şey özündən asılıdır. Heyətimizdə çox çalışan, bir-biri ilə rəqabət aparan başqa oyunçularımız da var. Unutmayın ki, rəqabət bacarıqlarınızı artırmaq üçün ən yaxşı amildir. Krakovda Tomas Pekhart və ya Mahir Emreli kimi, Şimon Vlodarçikin da çıxış etmək şansı var.

Mahir və Tomaşla danışıram. Hücumçu istənilən vəziyyətdən istifadə etmək üçün həmişə ayıq olmalıdır. Həm də onlar düşünməməlidir ki, nəyin bahasına olursa olsun, qol vurmalıdır. Bu, onları gərginlikdə saxlayar. Ümid edirəm ki, hər ikisi ən qısa zamanda formasını yaxşılaşdıracaq. İndi seçim imkanımız genişdir. Mladen və Mahir "Motor"la matçda ikinci 45 dəqiqədə oynadılar, bu, hər ikisinə meydanda daha yaxşı görünmək imkanı verdi. Bu üzdən  "Krakoviya" üçün heyət seçərkən də çox yüklənən futbolçuların istirahət etməsini düşünəcəyəm. Ümid edirəm ki, Mattias Yohansson və Lirim Kastrati da hazır olacaqlar. Rafael Lopesdən də istifadə edə biləcəyəm. Şübhəsiz ki, heyət geniş olanda manevr imkanları da artır".