Baş nazir canlı yayımda olarkən zəlzələ baş verdi (VİDEO)
Yeni Zellandiyanın baş naziri Jasinda Ardern danlı yayımda çıxış edərkən zəlzələ baş verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, soyuqqanlılığını qoruyan baş nazir silkələnmə dayandıqdan sonra çıxışına davam edib. Zəlzələ zamanı onun arxasındakı əşyaların tərpəndiyi görülüb.
Hadisə anında baş nazir aparıcı Rayan Bricə, "Burda kiçik zəlzələ yaşayırıq Rayan" deyib. Daha sonra isə, "Güclü silkələnmə yaşadıq. Arxamda hərəkət edən şeylər görə bilərsiniz" deyə bildirib.
Qeyd edək ki, Yeni Zellandiyada 5,8 bal gücündə zəlzələ olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər