Xəbər lenti

Baş nazirin müavini: Rusiya ilə müharibə olmayacaq, gedin şum vurun...
Dünya 16:54 22.04.2021

Baş nazirin müavini: Rusiya ilə müharibə olmayacaq, gedin şum vurun...

Ukrayna Baş nazirinin müavini Oleksiy Reznikov ölkəsi ilə Rusiya arasında müharibə baş verməyəcəyinə əmin olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, o, ukraynalıları öz sakit həyatlarını yaşamağa, "bağlarını şumlamağa" və Pasxaya hazırlaşmağa çağırıb.

Reznikov qeyd edib ki, bununla bağlı cəmiyyətdə gərginlik var. O, deyib ki, tez-tez müharibənin olub-olmayacağını soruşurlar. Onun sözlərinə görə, bundan qorxmağa dəyməz.

"Görün sizə nə deyirəm: mən çox pozitiv düşüncəli insanam, müharibə olmayacaq və olmamalıdır". İndi bizim müharibəyə ayıracaq vaxtımız yoxdur, indi, siz də bağışlayın, qrafik üzrə bostaları hazırlamaq var", - baş nazirin müavini deyib.

Reznik Rusiya vətəndaşlarının da eyni əhval-ruhiyyədə olacağına ümid etdiyini bildirib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->