İdman 03:51 29.06.2020

“Başakşəhər“ - “Qalatasaray“ matçı bərabərliklə bitdi

Türkiyə Super Liqasında 29-cu tur davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün daha 4 oyun keçirilib.

Çempionatın sürpriz komandalarından olan "Sivasspor” "Kayserispor”u qəbul edib. Liqanın son pilləsində qərarlaşan Kayseri təmsilçisi səfər qələbəsi ilə meydan sahiblərinə şok yaşadıb.

Turun mərkəzi görüşündə iki İstanbul klubu üz-üzə gəlib. Çempionatın lideri "Başakşəhər” son çempion "Qalatasaray”ı qəbul edib. Matçda qollar ikinci hissədə vurulub. Hərəyə bir dəfə fərqlənən komandalar bir xalla kifayətlənib.

Qeyd edək ki, tura iyunun 29-da yekun vurulacaq.

28 iyun

"Rizəspor” – "Dənizlispor” – 2:2

Şkoda, 40, Boldrin, 71 – Estupinan, 20 (avtoqol), Fernandes, 30

"Sivasspor” – "Kayserispor” – 0:2

Açar, 45, Mensa, 83 (pen.)

"Qaziantep” – "Antalyaspor” – 1:1

Kayode, 58 – Yahoviç, 88 (pen.)

"Başakşəhər” – "Qalatasaray” – 1:1

Aleksiç, 51 – Akbaba, 67