Ölkə 09:53 07.05.2021

Başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda 15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Qaynarinfo-ya Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.