Ölkə 16:12 18.03.2018

Baxçalı yenidən MHP-nin sədri seçildi

Bu gün Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultayda Dövlət Baxçalı yenidən 9-cü dəfə 1169 nümayəndənin 1167-sinin səsini alaraq partiyanın sədri seçilib.

Qeyd edək ki, o, bir müddət öncə 2019-cu ildə keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini və parlament seçkilərinə AKP ilə ittifaqda qatılacağını açıqlamışdı.