Dünya 11:40 22.01.2021

Bayden andiçməsini izləyən tamaşaçı sayında da Trampı qabaqladı

"Axios” portalının "Nielsen”dən əldə etdiyi məlumata görə, ABŞ prezidenti Co Baydenin andiçmə mərasimini təxminən 40 milyon seyirçi izləyib.

Qaynarinfo xəbər verir ki, şirkət altı böyük televiziya xəbər kanalında 39.9 milyon insanın yeni prezidentin andiçməsini izlədiyini təxmin edir.

Bir vaxtlar, 2017-ci ildə, keçmiş dövlət başçısı Donald Trampın andiçmə mərasimini 38,35 milyon insan izləyib ki, bu da indikindən 4% azdır.

ABŞ-ın 46-cı Prezidentinin andiçmə mərasimi 20 yanvarda baş tutub.