Dünya 16:01 20.01.2022

Bayden Putini indiyə qədər görmədiyi sanksiyalarla hədələdi

"Əgər onlar Ukraynanı fəth etməyə çalışsalar, bu, Rusiya üçün fəlakət olacaq”.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukraynaya müdaxilə halında Rusiyanın reaksiyasından danışarkən deyib.
 
O, ayrıca, Rusiya lideri Vladimir Putini indiyədək görünməmiş sanksiyalarla hədələyib: məsələn, Rusiya dollarla əməliyyat apara bilməyəcək.
Bayden həmçinin bildirib ki, Putin Qərblə genişmiqyaslı müharibə istəmir. Amerika lideri izah edib ki, Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olma ehtimalı Kiyevin bütün tələbləri yerinə yetirməməsi səbəbindən aşağıdır.

Eyni zamanda Bayden əmindir ki, Vaşinqton və Moskva Ukraynada strateji silahların yerləşdirilməməsi məsələsində "nəsə bir məxrəcə gələ bilərlər”.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?