Bayden və Makron İranın fitvasını bir yerdə verəcək

Bayden və Makron İranın fitvasını bir yerdə verəcək

Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Co Bayden arasında Yaxın Şərqdəki problemləri həll etmək üçün birlikdə çalışmaqla bağlı telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransa liderinin ofisi məlumat yayıb.

Siyasətçilər beynəlxalq təhlükəsizlik məsələlərində "oxşar mövqelərə sadiq qaldıqları" qənaətinə gəlib və Yaxın Şərqdə sabitliyi möhkəmləndirmək üçün birlikdə çalışmaq niyyətlərini təsdiq edib. Yelisey Sarayının bildirişində "ilk növbədə söhbət İranın nüvə sənədlərindən və Livandakı vəziyyətdən gedir”, - deyə vurğulanır.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR