Dünya 19:14 15.06.2021

Baydendən Putinlə bağlı suala cavab: "Bilirsiniz, qulaq asın, demək istəyirəm ki..."

NATO sammitindən sonra Brüsseldə keçirilən mətbuat konfransında ABŞ prezidenti Co Baydendən rusiyalı həmkarı Vladimir Putini hələ də "qatil" hesab edib-etmədiyi soruşulub.

Qaynarinfo xəbər verir ki, NBC telekanalının aparıcısı Ağ Evin rəhbərinin məlum qalmaqallı ifadəsini şərh etməyi xahiş etdiyi zaman Rusiya prezidentinin buna cavabında güldüyünü söylədikdən sonra Bayden "Mən də gülürəm" deyə cavab verib.

Bundan sonra Bayden dəqiq ifadələri tapmağa və nitqinin ifadə edəcəyi fikri qurmağa bir neçə dəfə cəhd edib: "Onlar həqiqətən, mən... Bilirsiniz, qulaq asın, demək istəyirəm ki, o, açıq izah edib ki..."

"İnanıram ki, keçmişdə o, etdiyi və ya edə biləcəyi bəzi şeylərin olduğunu əsas etibarilə etiraf edib. Ancaq dinləyin, bu sualı efirdə məndən soruşduqda dürüst cavab vermişəm", - ABŞ prezidenti əlavə edib.

Eyni zamanda, onun sözlərinə görə, bu mövzunun 16 iyunda İsveçrədə keçiriləcək Rusiya-ABŞ zirvəsi ilə əlaqəli heç bir əhəmiyyəti yoxdur.
 
Alpər