Dünya 10:48 25.11.2021

Baydenin potensial xərçəng adenoması əməliyyat edildi

ABŞ prezidentinin həkimi Kevin O'Konnor ABŞ prezidenti Co Baydenin son əməliyyatında xoşxassəli, lakin xərçəngdən əvvəlki neoplazmanın çıxarıldığını söyləyib.

Qaynarinfo xəbər verir ki, Baydenin sağlamlığı haqda bəyanat xəstənin razılığı ilə Ağ Ev tərəfindən yayılıb.
 
O'Konnorun izah etdiyi kimi, bağırsağndan çıxarılan xoşxassəli polipin 2008-ci ildə Baydendən çıxarılmış boru adenoması ilə bənzər olduğu ortaya çıxıb.

Həkim izah edib ki, bu adenoma xərçəng öncəsi formalaşma hesab olunur, lakin özlüyündə xoşxassəli olur. Hazırda müalicə üçün əlavə tədbirlər tələb olunmur.
Ötən gün dövlət başçısı 5 günlük məzuniyyətə çıxıb və istirahətə gedib.
 
Alpər