Ölkə 23:30 20.06.2019

Bayrağımızı Rüstəm daşıyacaq

"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu, cüdoçu Rüstəm Orucovdur.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Azərbaycan Oyunlarda 82 idmançı ilə təmsil olunacaq.