Xəbər lenti

“Bayraktar TB3”dən dünya aviasiya tarixində bir ilk (VİDEO)
Video 22:12 19.11.2024

“Bayraktar TB3”dən dünya aviasiya tarixində bir ilk (VİDEO)

Türkiyənin "Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan "Bayraktar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatı qardaş ölkənin digər milli istehsalı olan "TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub.



"Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla da "Bayraktar TB3” dünya aviasiya tarixində PUA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirə bilib.




"Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli PUA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.



Qeyd edək ki, "Bayraktar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən "Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib "ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.


"Bayraktar TB3”ün dünya aviasiya tarixində ilkə imza atdığı görüntüləri təqdim edirik


 

 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->