Sağlamlıq 17:58 12.03.2019

Bədxassəli döş xərçənginin nədən yarandığı məlum oldu

Queensland Universitetinin avstraliyalı alimləri ilə Albert Eynşteyn Tibb Kollecinin mütəxəssisləri bədxassəli döş xərçənginin arxasında yeni bir gen aşkalayıblar.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gen xərçəglə əlaqəli qeyri-aşkar genlərin tapılması ilə bağlı statistik araşdırma aparılarkən aşkar edilib.

Bir qrup insan eyni xərçəng növünə sahib olsa da, şişin molekulyar tərkibi insandan insana fərqli şəkildə yayıla bilir. Buun səbəbi isə fərqli gen aktivliyidir. Alimlər xərçəng xəstəliyinin genetik məlumatını və iki ayrı xüsusiyyətə (bir qrupda aktivlik yüksək, digərində aşağı  olan) sahib izolyasiuya edilmiş genləri götürüblər. Bu müqayisə nəticəsində mütəxəssislər xərçəng xəstələrinin genetik məlumatlarına dair bazadan bəzi xəstələrdə təsiri artmış 5 gen müəyyənləşdiriblər. Ən çox diqqət çəkən isə CBX2 geni olub.

Daha öncəki araşdırmalarda sağlam qadınların əksəriyyətində bu virusun aşağı aktivlikdə olduğu müşahidə edilib. Bədxassəli xərçəng xəstələrində isə bu genin aktivliyi yüksəkdir. Təcrübələr onu göstərib ki, bu genin aktivliyinin aşağı salınması xərçəng hüceyrələrinin böyüməsinin qarşısını ala bilər.