Xəbər lenti

Dünya 18:23 10.08.2020

Belarus DİN: “3 mindən çox etirtazçı saxlanılıb, 89 yaralı var”

Belarusda prezident seçkilərində səs verdikdən sonra gecə baş verən etiraz aksiyaları zamanı 39 hüquq-mühafizə orqanının əməkdaşı və 50-dən çox mülki şəxs yaralanıb, 3 mindən çox insan saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

Etirazlar 33 yaşayış məntəqəsində keçirilib. Ölkənin paytaxtında təxminən min nəfər, respublikanın digər bölgələrində isə daha iki min nəfər tutulub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Minsklə yanaşı, Pinskdə də güclü toqquşmalar olub: "Bir qrup təcavüzkar vətəndaş bıçaq, metal çubuqlar, daş və armaturlardan istifadə edərək polisə hücum təşkil etməyə çalışdı. Ölkənin tibb müəssisələrinə aparılan bəzi vətəndaşlar alkoqollu olub".

Daxili İşlər Nazirliyindən əlavə edilib ki, etirazçılara qarşı heç bir hərbi silahdan istifadə edilməyib və heç kim ölməyib. Bununla belə jurnalistlər təhlükəsizlik qüvvələri tərəfindən səs bombaları və xüsusi texnikandan polisin istifadə etməsi barədə məlumat verib, hüquq müdafiəçiləri isə bildirib ki, Minskdə bir nəfər polis mikroavtobusunun təkərlərinin altına düşərək həyatını itirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->