Xəbər lenti

Belarusda saxlanılan rus hərbçilərin psixoloji vəziyyəti pisdir – Konsul
Dünya 17:06 03.08.2020

Belarusda saxlanılan rus hərbçilərin psixoloji vəziyyəti pisdir – Konsul

Rusiyanın Belarusiyadakı səfirliyinin konsulu Kiril Pletnyov rus diplomatların Minsk yaxınlığındakı pansionatda saxlanılan rusları ziyarət etdiyini deyib.
 
Qaynarinfo xəbər verir ki, o, diplomatların onları ruhlandırmağa çalışdıqlarına baxmayaraq, mənəvi və psixoloji cəhətdən sarsılmış durmda olduqlarını deyib. 
"Onlar Belarusiya müxalifət liderləri ilə əlaqədə olmaqda niyə günahlandırıldıqlarını başa düşmürlər", - Pletnyov əlavə edib.

Konsul bildirib ki, saxlanılan rusların əksəriyyəti müxalif Belarus siyasətçilərinin adlarını belə heç vaxt eşitməyiblər.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->