Video 11:12 25.02.2021

Bərdədə əməliyyat: vəzifəli şəxslər korrupsiyaya görə həbs edildi (VİDEO)

Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.

Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.